DÜNYA

09 Oktyabr

Norveçdə işçi tətilləri, neft və qaz bazarı

Norveçdə davam edən neft işçilərinin tətili hər hansı bir razılaşma olmadan bir həftə daha uzanarsa,  nəhəng Johan Sverdrup neft sahəsindəki hasilat da daxil olmaqla, Norveçin neft və qaz hasilatının yüzdə 25-i dayandırıla bilər . Bu açıqlama Norveç Neft və Qaz Assosiasiyası (NOG) tərəfindən cümə axşamı edilib. İşçilərin 85 faizini özündə cəmləşdirən həmkarlar ittifaqları ilə hər hansı bir razılaşmanın olmaması mövcud riskləri daha da artıran əsas faktordur

"Lederne" adlanan həmkarlar ittifaqı , 30 sentyabrda tətilə başladı və  nəticədə Norveçin neft  hasilatının 8 faizi və qaz hasilatının 60 faizi üçün risk yarandı. Bu tətillər istehsalatda  gündəlik 300.000 barel azalmaya gətirib çıxardı . Onu da qeyd edim ki, Lederne həmkarlar ittifaqının 43 üzvü Johan Sverdrupda keçən həftənin ortalarından bəri tətil edir və bu işçilərin əsas hissəsini təşkil edir. Lederne, cümə axşamı günü mübahisənin davam edəcəyi təqdirdə tətilin 11 oktyabr tarixindən uzadılacağını söylədi, Norveç Neft və Qaz Assosiasiyası bu gün tətilin uzadılması halında Equinor tərəfindən idarə olunan daha çox neft yatağının, o cümlədən nəhəng şirkətin bağlanmalı olduğunu söylədi. Johan Sverdup neft yatağı, həmçinin ConocoPhillips və Wintershall Dea Norge tərəfindən idarə olunan yataqlar da buraya daxildir.

Norveç Neft və Qaz Dərnəyi Cümə axşamı günü bildirdi ki,  tətil 14 Oktyabr tarixində davam edərsə, gündəlik hasilat itkisi 966 000 barel neft ekvivalenti təşkil edə bilər və ya Norveç neft və qaz hasilatının təxminən dörddə biri bu tətillərdən təsirlənə bilər.