DÜNYA

08 Oktyabr

Bu şirkət ABŞ-ın ən böyük şirkətini geridə qoydu

Neft nəhəngi, pandemiya dövründə sağlam siyasət və Exxon Mobil rəhbərliyinin səhvləri sayəsində birinci yerə çıxmağı bacardı.

Exxon Mobil, ABŞ-ın neft sektorundakı bazar dəyərinə görə ən böyük şirkət adını itirdi və ilk yeri neft nəhəngi Chevron-a verib.

Fins.az xəbər verir ki, Bloomberg məlumatlarına görə, 7 oktyabr tarixli ticarət nəticəsində Chevronun kapitallaşması 142,03 milyard dollar, Exxon Mobil'in dəyəri isə 141,65 dollar olub.

Reuters yazır ki, Chevron bunun çox hissəsini bir rəqibinə borcludur. Exxon, illərdir davam edən durğunluqdan sonra gəlir artımını gözləmək ümidi ilə son vaxtlar bir neçə yüksək dəyərli layihəyə başlayıb. Exxon xərcləri ödəmək üçün borc götürüb.

Şirkət ayrıca ildə təxminən 15 milyard dollar məbləğində borc fondundan divident ödəyib. Exxon Mobil 2007-ci ildən bəri davamlı olaraq dividendini artırdı və Microsoft və ATT-dən sonra SP 500 arasında ən yüksək ödənişli dividend sayılırdı.

İlin əvvəlindən bəri Exxon Mobil-in səhmləri 52% azalıb və şirkətin özü də Exxon-un 1928-ci ildən bəri daxil olduğu Dow Jones Sənaye Average-dan xaric edilib. Eyni zamanda Chevron səhmləri cəmi 39% ucuzlaşıb.

Müəllif:Aynur Qəniyeva