Bu gün İspaniyanın Baş Naziri Pedro Sançes COVID-19-un yaratdığı böhrana qarşı mübarizə Strategiyasını və yaxın onillikdə İspaniya iqtisadiyyatının modernləşdirilməsi vəzifələrini özündə cəmləşdirən İspan iqtisadiyyatının bərpası, transformasiyası və dayanıqlığı Planını təqdim edib.
Fins.az xəbər verir ki, Dövlət başçısı yaxın üç ildə, yəni 2021-ci ildən 2023-cü ilə qədər Avropa Birliyinin Bərpa Fondundan 72 milyard avronun cəlb olunmasını və bu dövrdə 800.000 iş yerinin yaradılması niyyətini açıqlayıb.
Baş nazirin sözlərinə görə, iqtisadiyyatı modernləşdirmək üçün əsas prioritetlər fondların 37 faizini özünə cəlb edəcək ekoloji keçid və 33 faizdən rəqəmsal keçid olacaq. İspaniya Nazirlər Kabineti, bu il İspaniyada ÜDM-in koronavirus pandemiyasının nəticələrinə görə 11,2 faiz azalacağı proqnozunu açıqlayıb. Krallıqdakı işsizlik nisbəti 17,1 faizə çata bilər. Eyni zamanda, gələn il İspaniya hökuməti iqtisadi böyümənin 7,2 faiz olacağını gözləyir.