DÜNYA

08 Oktyabr

Almaniyanın ticarətdə gəlirlərində sürpriz azalma

Almaniyanın xarici ticarətdə müsbət saldosu avqustda 15.7 milyard avroya kimi 2.3 milyard avro azalıb. Bu haqda məlumatı Almaniya statistika idarəsi verib. 

Buna səbəb isə idxalın daha sürətlə - 5.4% artmasıdır. İxrac isə 2.4% artmışdır. Mütəxəssislər isə əksinə olaraq, müsbət saldonun 18.2 milyard avroya yüksələcəyini proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, idxalın artması daxili bazarın canlanmasına işarə olsa da ixracın geridə qalması qlobal bazarın zəifləməsindən xəbər verir və bu, gələcək aylarda idxalın da zəifləməsinə səbəb ola bilər.