DÜNYA

08 Oktyabr

FED: İqtisadi inkişaf sürəti proqnozları üstələyib

Amerika Mərkəzi Bankının (FED) sentyabrın 15 və 16-ı aralığında baş tutan toplantısı protokolunda açıqlanan fundamental göstəricilərin iqtisadiyyatın proqnozlaşdırılandan sürətlə inkişaf etdiyini göstərdiyi yazılıb. 

Bununla yanaşı, ikinci rübdə azalan özəl investisiyalar, yenidən artmağa başlayıb. Lakin özəl sektorda ümumi vəziyyət Korona böhranından əvvəlki səviyyənin altındadır.