DÜNYA

07 phrase_var_core.october

ÜTT: Dünya ticarətində 9,2% azalma olacaq

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) koronavirus pandemiyası fonunda 2020-ci ildə dünya ticarətində 9,2% azalma olacağını proqnozlaşdırır.

Fins.az xəbər verir ki, bu məlumatlar təşkilatın Cenevrədə dərc olunan hesabatında verilib.

“ÜTT 2020-ci ildə qlobal əmtəə ticarətində 9,2% azalma proqnozlaşdırır. Bunun ardınca 2021-ci ildə 7,2%-lik artım olacaq”, - təşkilat bildirib.

Xatırladaq ki, apreldə ÜTT bu il dünya əmtəə ticarətində 13%-dən 32%-ə qədər azalma olacağını proqnozlaşdırmışdı.

© Report