DÜNYA

07 Oktyabr

ABŞ prezidenti Tramp \"stimul paketi\" danışıqlarını dayandırıb

ABŞ prezidenti Tramp komandasına maliyyə təşviqi paketi ilə bağlı danışıqları dayandırmasını bildirib
ABŞ Prezidenti Donald Tramp yeni tip koronavirus (Kovid-19) epidemiyasının iqtisadi təsirləri ilə mübarizə çərçivəsində həyata keçirilməsi planlaşdırılan "stimul paketi" ilə bağlı danışıqları dayandırmağı əmr edib.

Tramp Twitter-də Demokratlarla aylardır davam edən stimul paketi danışıqları barədə açıqlamalar verib.

Nümayəndələr Palatasının sədri Nensi Pelosi, Demokratların hakim olduğu ştatları xilas etməsi üçün 2.4 trilyon dollarlıq təşviq istədiyini və bunun Kovid-19 ilə heç bir əlaqəsi olmadığını qeyd edən Trump, deyib ki, 1,6 trilyon dollarlıq çox səxavətli bir təklif etdik və bu hər zamankı kimi yaxşı niyyətlə danışıqlar aparmır.

"Tələblərini rədd edirəm və ölkəmizin gələcəyinə baxıram. Təmsilçilərimə seçkilərdən sonra danışıqları dayandırmağı tapşırdım, qalib gələn kimi çalışqan amerikalılara və kiçik müəssisələrə yönəlmiş böyük bir təşviq qanunu tətbiq edəcəyik." -deyə Tramp bildirib.

Tramp, Senat  Lideri Mitch McConnell-dən stimul paketi əvəzinə ABŞ Ali Məhkəməsinin hakimi namizədi Amy Coney Barrettin təsdiqinə diqqət yetirməsini istəyib, iqtisadiyyatın çox yaxşı getdiyini, Fond Birjasının rekord səviyyədə olduğunu, məşğulluğun rekord sayda bərpa olunduğunu və ABŞ-ın dünyada iqtisadi dirçəlişdə dünyada lider olduğunu bildirib.

Müəllif:Aynur Qəniyeva