“Qazprom” Çinə iki yeni qaz boru kəmərinin - birbaşa 30 mlrd. kubmetr və Monqolustan ərazisindən 50 mlrd. kubmetr tutumlu (“Sila Sibiri 2”) - inşasını nəzərdən keçirir.
Fins.az “1Prime”a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, “Qazprom” Qərbi Sibirdəki yataqlarından Rusiya-Çin sərhədinin qərb hissəsinədək illik 30 mlrd. kubmetr layihə gücü olan boru kəməri inşa etmək imkanını nəzərdən keçirir. Bununla bağlı hazırda Çinin CNPC şirkəti ilə alqı-satqı müqaviləsinin şərtləri müzakirə olunur.
Əlavə olaraq, Qərbi Sibirdən Monqolustan üzərindən Çinə illik 50 mlrd. kubmetrədək layihə gücü olan qaz kəmərinin də inşası nəzərdən keçirilir.