Beynəlxalq Valyuta Fondu (BVF) bu il dünya ölkələrinin ümumi dövlət borclarının qlobal ÜDM-in təxminən 100%-nə çatacağını proqnozlaşdırırıq.
Məlumata görə, bu barədə Fondun baş direktoru Kristalina Georgiyeva bildirib.
Onun sözlərinə görə, artan iflaslar və maliyyə bazarlarındakı yüksək qiymətləndirilmələr səbəbindən risklər yüksək olaraq qalır və daha çox ölkə bu risk qrupuna aid edilib. İstehsala dəyən zərərə və böhrana cavab olaraq görülən tədbirlər isə ölkələrin borclarını kəskin şəkildə artmasının əsas səbəbi olub.
K. Georgiyeva qeyd edib ki, işçilərin ixtisar edilməsi faktorları da nəzərə alınaraq, qlobal ÜDM istehsalının pandemiyadan öncəki proqnozlardan aşağı olacağı gözlənilir.
Qeyd edək ki, BVF 81 ölkəyə COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmaq üçün təxminən yeni 100 mlrd. ABŞ dolları həcmində kredit xətti ayırıb.
(c)APA