Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə dialoq olmadan Donbasdakı müharibəyə son qoymaq və bütün Ukrayna ərazilərini geri qaytarmaq əsla mümkün olmayacaq.
Fins.az xəbər verir ki, Avropanın Politico Europe nəşrinə verdiyi müsahibədə o bildirib ki, əminəm ki, Rusiya ilə danışmasaq müharibəni heç vaxt dayandırmayacağıq. Qərb tərəfdaşlarımızın dəstəyi isə başqa məsələdir. Ancaq prezident Putinlə danışmasaq, Ukraynanı tam bərpa edə, bütün ərazilərimizi geri qaytara bilməyəcəyik
Zelenskiy, prezidentliyi dövründə 140 məhbusun sərbəst buraxılmasının Putinlə dialoq olmasaydı heç vaxt baş verməyəcəyini qeyd edib.
O vurğulayıb ki, yalnız Normandiya formatında - bu işə yaramır, kifayət deyil. Normandiya formatında düşünülməmiş məsələlərimiz var. Bu, dənizçilərimizin geri qayıtması, əsirlikdə olan Krımlılar üçün humanitar çətinliklər, bir çoxu dəmir barmaqlıqlar arxasındadır. məsələlər Rusiya prezidenti ilə həll edilməlidir
Müəllif:Aynur Qəniyeva