DÜNYA

06 Oktyabr

Almaniyanın fabrik sifarişləri ixracatın güclü dəstəyi ilə yüksəlir

Almaniyanın fabrik sifarişləri dördüncü ayda artıb və sənayenin üstünlük təşkil etdiyi iqtisadiyyatın digər xidmət mərkəzli iqtisadiyyatlara nisbətən daha sürətli bərpa olunub.

Fins.az xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatındakı tələb 4,5% artıb və iqtisadçıların gözləntilərini  2,8% üstələyib.

İxracat sifarişləri, xüsusilə Avro Bölgəsindən  20% artan investisiya məhsulları ilə yüksəlib.

İqtisadiyyat Nazirliyinin verdiyi açıqlamaya görə, fabrik sifarişlərindəki bərpa xeyli sürətlə davam edir və xarici tələbdən dəstək alır".

Son aylarda Alman sənayesi daxili tələbin təsiriylə ixrac sifarişlərindən güclü dəstək alıb və şirkətlər gələcəkdə daha da yaxşılaşma gözləyirlər.

Müəllif:Aynur Qəniyeva