Kanada Xarici İşlər Naziri Şampan, ölkədən Türkiyəyə ixracat icazələrinin bəzilərinə dair yazılı açıqlama verib
Fins.az "bloomberg"-ə istinadən xəbər verir Kanada Xarici İşlər Naziri François-Philippe Champagne, ölkəsinin erməni işğalı altında olduğu, Dağlıq Qarabağda davam edən qarşıdurmada istifadə etdiyi iddia edilən bəzi texnologiya ixracatının Türkiyəyə müvəqqəti dayandırıldığını açıqladı.
Kanada Xarici İşlər Naziri Şampan, ölkədən Türkiyəyə ixracat icazələrinin bəzilərinə dair yazılı açıqlama yayımlayıb
Philippe Champagne açıqlamasında bildirib ki,son bir neçə gündə Dağlıq Qarabağdakı hərbi qarşıdurmalarda Kanada texnologiyalarının istifadəsi ilə bağlı bəzi iddialar irəli sürüldü. Bu iddiaları eşidən kimi Kanada Xarici İşlər Nazirliyinə bu iddiaları araşdırmağı tapşırdım. Kanadanın sərt ixrac nəzarəti rejiminə uyğun olaraq və davam edən münaqişə səbəbi ilə. Türkiyədən ayrılmaq üçün verilən ixracat icazələrinin daha dərindən araşdırılması üçün tapşırıq verdi.
Kanadanın Dağlıq Qarabağdakı qarşıdurmalardan narahat olduğunu ifadə edən Philippe Champagne vəziyyəti dərhal yerində sabitləşdirmək üçün bütün tədbirlərin alınmasına çağırırıq və bu münaqişənin sülh yolu ilə və danışıqlar yoluyla həll edilməsindən başqa alternativi olmadığını bildirib
Müəllif:Aynur Qəniyeva