DÜNYA

06 Oktyabr

Tramp xəstəxanadan evə buraxılıb

ABŞ Prezidenti Donald Trump, yeni bir koronavirus (Kovid-19) müalicəsi aldığı Walter Reed Hərbi Xəstəxanasından evə buraxıldı
Kovid-19 diaqnozu qoyulan və 2 oktyabr cümə günündən bəri Walter Reed Hərbi Xəstəxanasında müalicə alan Trump, həkimlərinin razılığı ilə bu gün xəstəxanadan çıxıb.

Trump xəstəxanadan kostyum və üzünə maska ​​taxaraq çıxıb, baş barmağını onu gözləyən jurnalistlərə qaldırdı və "hər şey qaydasındadır, problem yoxdur, çox yaxşıdır" mənasını verən görüntü yaradıb.
Xəstəxanadan sonra xüsusi avtomobilinə oturan Tramp, Merilenddəki xəstəxanadan yaxın məsafədə gözləyən "Marine One" adlı helikopterlə Vaşinqtondakı Ağ Evə aparılıb.
Trampın xəstəxanadan ilk açıqlaması
Yeni  koronavirus (Kovid-19) növü ilə müalicə aldığı xəstəxanadan çıxan ABŞ prezidenti Donald Tramp, yayımladığı video mesajında ​​"Virusun sizi ələ keçirməsinə icazə verməyin, bundan qorxmayın" deyib
O bildirib ki, karonavirus haqqında çox şey öyrəndim. Bir şey dəqiqdir. Virusun sizi qəbul etməsinə icazə verməyin, qorxmayın. Virusu məğlub edəcəksiniz.

 

Müəllif:Aynur Qəniyeva