Təchizat idarəetmə institutunun (ing.: "ISM") xidmət sektorunda işgüzar aktivliyi ölçən indeksi sentyabr ayında 57.8 punkta kimi 0.9 punkt artıb. İqtisadçılar isə 56.3 punkta kimi azalma proqnozlaşdırırdılar.
Göstərici sahibkarlar arasında müxtəlif mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət.
50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.