"Markit" araşdırma mərkəzinin bazar ertəsi açıqladığı məlumatlara əsasən, sentyabr ayında Avrozonanın xidmət sektorunda biznes aktivliyini ölçən indeks 48 punkta düşüb. Ümumi indeks isə 50.4 punkta kimi azalıb.
İlkin hesablanmada isə xidmət sektorunda 47.6 və ümumi indeks üzrə 50.1 punkta kimi azalma proqnozlaşdırılırdı.
Biznes fəaliyyəti indeksi (PMI) müvafiq sektorunda fəaliyyət göstərən menecerlərin aktivlik səviyyəsini ölçür. 50-dən yuxarı olan göstərici istehsalın artımı haqqında, 50-dən aşağı olan göstərici isə azalma haqqında işarədir. İndeks ölkədə iqtisadi rifahının ölçülməsi üçün istifadə edilir. İndeks 5 əsas subindeks əsasında hesablanır: Sifariş (30%), İstehsal (25%), Məşğulluq (20%), Təchizat qəbulu (15%) und Anbarda qalıq (10%).
Qeyd etmək lazımdır ki, xidmət sektoru sənaye sektoru ilə müqayisədə daha çevikdir və iqtisadiyyatda pisləşmə özünü burada daha tez göstərir. Bununla yanaşı, inkişaf etmiş ölkələrdə xidmət sektoru iqtisadiyyada 80% paya sahibdir. Beləliklə, göstəricinin proqnozlaşdırılandan yaxşı açıqlanması, gələcəyə dair ümidləri artırır.