Norveç Equinor, 54 işçinin tətili səbəbiylə Şimal dənizindəki Gudrun, Gina Krog, Kvitebjorn və Valemon sahələrindəki fəaliyyətini dayandırıb.
Fins.az xəbər verir ki, bu barədə şirkətin press-relizində məlumat verilir.
Məlumata görə, Norveç Neft və Qaz və Lederne birliyi arasındakı əmək haqqı danışıqlarında uğursuzluq tətilə səbəb olub.
Equinor, açıqlamada 43 işçisinin çərşənbə günü tətil etdiyi Johan Sverdrup platformasında mədən işlərinin tətilinin davam etdiyini qeyd edib.
Qeyd edək ki, bu yataqlardan ümumi hasilat gündə 330 min barel neft ekvivalenti təşkil edir.
Müəllif:Aynur Qəniyeva