DÜNYA

05 Oktyabr

Airbnb servisi IPO vasitəsi ilə 3 mld dollar investisiya əldə edə bilər

Qısamüddətli yaşayış yerinin icarəsi xidmətini təklif edən Airbnb servisi IPO çərçivəsində 3 milyard dollar investisiya cəlb etməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə Reuters xəbər verib.

 Məlumata görə, servis IPO-nun keçirilməsi sorğusunu hələ avqust ayında göndərmişdi. Birjaya çıxarılacaq səhmlərin sayı və onların qiymətləri barəsində şirkət heç bir məlumat verməyib. IPO-nun rəsmi keçirilmə tarixi də məlum deyil.

Adının çəkilməsini istəməyən mənbələrinin sözlərinə əsasən şirkət bu ilin dekabr ayında birjaya çıxmağı planlaşdırır. Bu tarix həmçinin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri səbəbilə dəyişə də bilər. Məlumatda qeyd edilib ki, IPO nəticəsində Airbnb-nin bazar dəyəri 30 milyard dollara yüksələ bilər. Lakin şirkətin bazar dəyəri həmçinin bazardakı vəziyyətə uyğun da dəyişə bilər.

    Qeyd etmək lazımdır ki, Airbnb-nin IPO-su bu ilin ən böyük və gözlənilən IPO-larından biridir. Koronavirus pandemiyası nəticəsində yaranmış böhran ilə mübarizə aparmaq üçün servis bu ilin aprel ayında ikinci dəfə investorlardan 1 milyard dollar əldə etmişdi. Həmin vaxtda şirkətin bazar dəyəri 18 milyard dollar təşkil edirdi. Şirkətin sonuncu müstəqil bazar dəyərləndirilməsində isə onun qiyməti 21 milyard dollar təşkil edib.

(c)Technote