Avrozonada istehlak qiymətləri sentyabr ayında illik müqayisədə 0.3% azalıb. Bu haqda məlumatı cümə günü Avropanın EuroStat statistika mərkəzi yayımlayıb. Bugünkü göstərici birinci hesablama idi və son beş ilin ən yüksək deflyasiya səviyyəsidir. Yekun göstəricinin oktyabrın 16-da dərc edilməsi gözlənilir.
Mütəxəssislər isə deflyasiyanın 0.2%-də qalacağını proqnozlaşdırırdılar. Göstəricinin daha pis yayımlanması isə gələcəyə dair deflyasiya riskini daha da artırır.
Qeyd etmək lazımdır ki, avqust ayından etibarən Avrozonada qiymətlər ucuzlaşmağa başlayıb. Bu iqtisadiyyatda tələbin aşağı düşməsinə işarədir.