DÜNYA

02 Oktyabr

Avrozonada istehlak qiymətləri sentyabr ayında gözləniləndən daha çox ENİB

Avrozonada istehlak qiymətləri sentyabr ayında ekspertlərin təxminlərindən daha çox düşdü
Avrozonada istehlak qiymətləri sentyabr ayında iqtisadçı proqnozlarından daha çox düşüb.

 Fins.az xəbər verir ki,koronavirus tənəzzülündən qurtarmağı dəstəkləyən təşviqlərin artırılıb artırılmayacağını müzakirə edən Avropa Mərkəzi Bankına (ECB) təzyiq artır.

İstehlakçı qiymətləri, Bloomberg-in fikrini öyrəndiyi mütəxəssislərin orta hesablamasından bir qədər aşağı,0,3% enib. Xüsusilə xidmət sektoru istehlakçı qiymətlərini aşağı salsa da, bəzi ərzaq və enerji qiymətləri də əvvəlki aya nisbətən ucuzlaşıb.Əsas göstərici rekord həddə enərək mənfi 0,2 təşkil edib..

Zəif inflyasiya qismən də Almaniyada müvəqqəti satış vergisinin azaldılması kimi texniki səbəblərlə izah edilə bilər.

İki illik xəzinə istiqrazları Almaniyadakı qazanclarını qoruyub, faiz dərəcələri bir həftəlik endirimdən sonra  0,71 səviyyəsində qalıb.

Müəllif:Aynur Qəniyeva