Demokratların stimullaşdırma paketi Amerika vətəndaşlarına ikinci 1200 dollarlıq birbaşa ödəniş nəzərdə tutur. Təşviq paketinin respublikaçıların çoxluq təşkil edən Senatından keçməyəcəyi proqnozlaşdırılır.
ABŞ Nümayəndələr Palatası Demokrat üzvlər tərəfindən hazırlanan yeni tip koronavirus (Kovid-19) epidemiyasının iqtisadi təsirləri ilə mübarizə üçün 2,2 trilyon dollar dəyərində iqtisadi stimul paketini təsdiqlədi.
Ağ Evlə Demokratlar arasındakı danışıqlarda günlərlə razılıq əldə olunmasa da, stimul paketi 207-yə qarşı 217 səslə təsdiqlənib.
Demokratların stimul paketinin əleyhinə səs verənlər arasında, respublikaçılardan əlavə 18 demokratik üzv də var.
Sözügedən stimul paketi əvvəlcə Senata təqdim ediləcək, qəbul edilsə təsdiq üçün Prezident Donald Trampa göndəriləcək.
Demokratların 2,2 trilyon dollarlıq stimullaşdırma paketi çərçivəsində həftəlik 600 dollarlıq işsizlik müavinətini bərpa edərək ilin sonuna qədər uzatmaq planlaşdırılır.
Təşviq paketi qanuna çevrilərsə, əvvəlki təşviq paketində olduğu kimi Amerika vətəndaşlarına 1200 dollar birbaşa ödəniş edilməsi nəzərdə tutulur.
Digər tərəfdən, əyalət və yerli özünüidarə orqanlarına ildə 436 milyard dollarlıq yardım, epidemiyadan ən çox təsirlənən müəssisələr üçün Maaşlardan Qoruma Proqramının ikinci turunda kreditlərin verilməsi, aviaşirkətlər üçün 25 milyard dollar ayrılması, Kovid-19 testi üçün 75 milyard dollar büdcə təmin edilməsi, 225 milyard dollarlıq vəsaitin köçürülməsi və icarə yardımı kimi tədbirlərin həyata keçirilməsinə yönəlib.
Müəllif:Aynur Qəniyeva