"Qeyri-müəyyənlik və risklər neft bazarını təsir etməyə davam edəcək"
Fins.az xəbər verir ki,bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo.
Fins.az xəbər verir ki,Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, yeni növ koronavirus (Kovid-19) səbəbindən qlobal bazarlardakı qeyri-müəyyənlik və risklərin neft bazarına və iqtisadi canlanma sürətinə təsir göstərəcəyini bildirib.
OPEC-in Twitter hesabında yayımlanan açıqlamada qlobal neft təklifi və tələbi mövzusunda texniki iclas keçirildiyi ifadə edilib.
Yığıncağa OPEC və OPEC üzvü olmayan neft istehsal edən ölkələrin və mütəxəssislərin qatıldığı qeyd edilən açıqlamada, Kovid-19 pandemiyasının neft sektoruna təsirlərinin qiymətləndirildiyi qeyd olunub.
OPEC-in baş katibi Məhəmməd Barkindo bu açıqlamaya münasibət bildirərək, qeyd edib ki, OPEC neft bazarının sabitləşəcəyi ilə bağlı nikbin olaraq qalır. Buna baxmayaraq qeyri-müəyyənlik və risklər neft bazarının tempinə və iqtisadi canlanma sürətinə təsir göstərməyə davam edəcək. Dialoqlarımız davam edəcək.
Müəllif:Aynur Qəniyeva