G20 ölkələr qrupunun liderləri 21-22 noyabr tarixlərində virtual formatda görüş keçirəcəklər. Verilən məlumata görə, Sammitə Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz sədrlik edəcək. Bu barədə G20-nin saytında yayımlayan bəyanatda deyilir.
G20 2020 sammiti 21-22 noyabr tarixlərində virtual formatda keçiriləcək, deyə məlumat verilib. Eyni zamanda, görüşdə insanlar həyatının qorunması və iqtisadi artımın bərpa edilməsi məsələlərinin müzakirəsinə önəm veriləcəyi də vurğulanıb. Bunun üçün pandemiya zamanı ortaya çıxan boşluqlar nəzərdən keçiriləcək və daha parlaq bir gələcəyin təməli qoyulacaqdır. Bundan əlavə, Korona problemlərindən əlavə bir sıra digər məsələlər, xüsusən də yeniliklər müzakirə ediləcəkdir.
Qeyd etmək lazımdır ki, G20 ölkələri pandemiyaya qarşı mübarizədə böyük rol oynayıb. Koronavirusa qarşı peyvəndin istehsalına və yayılmasına qoyulan 21 milyard dollardan əlavə, G20 dünya iqtisadiyyatını dəstəkləmək üçün 11 trilyon dollar da ayırıb.