DÜNYA

01 Oktyabr

İsveçrə sənayesində nikbinlik zəif artıb

İsveçrənin sənaye sektorunda biznes aktivliyini ölçən indeks sentyabrda 53.1 punkta yüksəlib. Bu haqda məlumatı "Satınalma və Təchizat üzrə Peşəkarlar Birliyi" açıqlayıb. 

Mütəxəssislər isə 54.4 punkta kimi 2.6 punktluq artım proqnozlaşdırılırdı. 

Biznes fəaliyyəti indeksi (PMI) müvafiq sektorunda fəaliyyət göstərən menecerlərin aktivlik səviyyəsini ölçür. 50-dən yuxarı olan göstərici istehsalın artımı haqqında, 50-dən aşağı olan göstərici isə azalma haqqında işarədir. İndeks ölkədə iqtisadi rifahının ölçülməsi üçün istifadə edilir. İndeks 5 əsas subindeks əsasında hesablanır: Sifariş (30%), İstehsal (25%), Məşğulluq (20%), Təchizat qəbulu (15%) und Anbarda qalıq (10%). 

Qeyd etmək lazımdır ki, may ayından artmağa başlayan göstəricinin proqnozlaşdırılanın altında açıqlanması, yenidən zəifləyə biləcəyinə işarədir.