DÜNYA

01 Oktyabr

“Oasis Petroleum” iflas etdi

Amerikanın neft və qaz şirkəti “Oasis Petroleum” bu gün Hyustonda iflas üçün müraciət edib. Qərarının səbəbi kimi şist istehsalçısı aşağı neft və qaz qiymətləri səbəbindən borcları ödəyə bilməməsinə işarə edib.

Röytersin verdiyi məlumata görə, 30 iyundan etibarən şirkətin uzunmüddətli borcları 2,76 milyard dollar, nağd və pul ekvivalentinin həcmi isə 77,4 milyon dollar təşkil edib. 

Qeyd etmək lazımdır ki, bu il bir sıra ABŞ şist şirkətləri oxşar iflas ərizələri təqdim ediblər. Onlardan “Whiting Petroleum”, “Chesapeake Energy”, “Ultra Petroleum” və “Chaparral Energy” kimi şirkətləri qeyd etmək olar. Sentyabr ayında “Whiting Petroleum” şirkətinin iflasdan çıxdığını da əlavə etmək lazımdır.

Ümumilikdə, 2015-ci ildən bu yana ABŞ-da 200-dən çox enerji şirkəti iflas etmişdir.