Facebook şirkəti istifadəçi hesabları mərkəzinin (Accounts Center) testinə startın verildiyini elan edib. Bu özəllik sayəsində istifadəçilər öz Facebook, Instagram və Messenger məlumatlarını sinxronlaşdıra biləcəklər. Məsələn əgər hansısa istifadəçi Facebook-da adını və soyadını dəyişsə həmin proses avtomatik olaraq Instagram da reallaşdırılacaq. Bu barədə Rusbase saytı xəbər verib. Accounts Center özəlliyinin verdiyi üstünlüklər aşağıdakılardır:
- Postların eyni anda Facebook və Instagram Stories-lərində paylaşılması
- Single Sign On adlı daxil olma funksiyası. Bu funksiya bank kartlarının şifrələrini və məlumatlarını yaddaşda saxlayacaq və hər iki platformada alış-veriş etmək imkanını yaradacaq
- Instagram və Facebook-dakı adlar ilə profil fotolarının sinxronlaşdırılması.
Məlumatda qeyd edilib ki, istifadəçi özü öz istəyinə uyğun olaraq bu platformadakı funksiyaları ayarlayacaq.