DÜNYA

30 Sentyabr

BoE: Haldeyn: Mənfi faizlər üçün tezdir

İngiltərə Bankının (ing.: "BoE") baş iqtisadçısı Endi Haldeyn mənfi faiz ehtimallarının azalmasına səbəb olacaq açıqlamalar edib. 

Belə ki, bank üzvü mənfi faiz dərəcələri üçün şərtlərin mövcud olmadığını bildirib. Faizlərin mənfiyə kimi azaldılması qərarının arxasında xərc-fayda-analizinin dayandığını bildirən Haldeyn, mövzu üzərində işin aylarla davam edəcəyini əlavə edib.

Bankın qarşıdakı əsas məqsədi kredit xərclərini minimumda saxlamaqdır. İqtisadiyyat isə özünü gözləniləndən daha sürətlə bərpa edib və müsbət xəbərlərin təsiri hələ tam çatmayıb.