Bu ilin II rübündə Böyük Britaniyada ÜDM istehsalı son qiymətləndirməyə əsasən illik ifadədə 21,5%, rüblük ifadədə isə 19,8% azalıb.
Fins.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatında deyilir.
"Reuters"in analitiklər arasında keçirdiyi sorğunun nəticələrinə görə, ölkə iqtisadiyyatı II rübdə illik ifadədə 21,7%, rüblük ifadədə isə 20,4% azalıb. Bu, ilkin qiymətləndirməyə uyğun olub.
©Apa