DÜNYA

30 Sentyabr

Biden oğlunun Moskva bələdiyyə keçmiş başçısının həyat yoldaşından pul aldığını inkar edir

ABŞ Prezidenti Donald Trampla mübahisədə ABŞ vitse-prezidenti Joe Biden oğlu Hunter Biden-in keçmiş Moskva Bələdiyyə Başçısı Yuri Lujkovun həyat yoldaşı Elena Baturinadan 3,5 milyon dollar alıp almaması sualına cavab verməkdən imtina edib.
O bildirib ki,bu məlumatlar düzgün deyil. Bütün bunlar doğru məlumatları əks etdirmir. Bunu ciddiyə almaq doğru deyil.Heç bir səhv etməmişəm.

Bir gün əvvəl ABŞ Senatı senatorlar Ron Johnson və Chuck Grassley Devon Archer və yaxınlarının iş ortağı Hunter Biden-in maraqlar toqquşması və maliyyə əməliyyatları barədə hesabatını yayımlayıb. Müəlliflər bu illər ərzində Hunter Biden, ailəsi və Archer tərəfindən xarici vətəndaşlardan milyonlarla dollar şübhəli mənşəli pullar   götürdüküyü qənaətinə gəliblər.
Xüsusilə 2014-cü ilin fevral ayında Elena Baturinanın Hunter Biden-in ortaq qurduğu Rosemont Seneca Thornton investisiya şirkətinin hesabına 3,5 milyon dollar köçürüldüyünü qeyd ediblər. Bundan əlavə, 2015-ci ilin may ayından dekabr ayına qədər BAK, Baturinadan ABŞ-da təxminən 392.000 dollar dəyərində bir hesaba 11 köçürmə alıb, bunlardan 9-u “kredit müqaviləsi” adı altında Rosemont Seneca Thorntonun hesablarından köçürülüb.

Müəllif:Aynur Qəniyeva