DÜNYA

29 Sentyabr

Canlı yayım debatından bir müddət əvvəl Bayden Trampı  2% qabaqlayır

ABŞ-da keçirilən sorğuda Trampın canlı yayım müzakirələrindən əvvəl rəqibi ilə boşluğu aradan qaldırması diqqət çəkib.
ABŞ-da prezidentliyə namizədlər Donald Trump və Joe Biden-in keçirəcəyi ilk canlı yayım debatından bir müddət əvvəl yayımlanan sorğuda, Baydenin Tramp-dan yalnız 2 faiz qabaq olduğu, Trump-ın isə rəqibindən zəif olduğu müəyyən edilib.

Harvard Amerikan Siyasi Araşdırmalar Mərkəzi (CAPS) və Harrisin "The Hill" xəbər saytı tərəfindən 22-24 sentyabr tarixlərində aparılan sorğuda Trampın sabah axşam keçiriləcək canlı yayım müzakirələrindən əvvəl rəqibi ilə arasındakı fərqin azalması diqqət çəkib

Seçicilərin  47-%i Demokratik namizədi Joe Biden-ə səs verəcəklərini bildirərkən,  45-%-i Trampın lehinə səs verəcəklərini söylədi. Sorğuya qatılan seçicilərin  8-%-i bitərəf qalıb.
Avqust ayında eyni təşkilatlar tərəfindən dərc edilən anketlə müqayisədə Trump  3% qazandı, Bayden 2% aşağı nəticə göstərmişdi.

Müəllif:Aynur Qəniyeva