DÜNYA

28 Sentyabr

NYT:Tramp 10 ildir heç bir vergi ödəməyib

New York Times qəzeti, ABŞ prezidenti Donald Trampın 10 ildir vergi ödəmədiyini və yalnız 2016 və 2017-ci illərdə 750 dollar vergi ödədiyini yazıb
Tramp-ın uzun müddətdir davam edən vergi araşdırmasının sənədlərini ələ keçirən qəzet, Trampın ödəməli olduğu milyonlarla dollar borcunun olduğunu və əmlakına ziyan vurduğunu iddia etdi.

Xəbərdə Tramp-ın şirkətlərinin itkisinin qazancından çox olduğu səbəbiylə 10 ildir heç bir vergi ödəmədiyi iddia edilib, 2016 və 2017-ci illərdə yalnız 750 dollar vergi ödədiyi ifadə edilib.

ABŞ Prezidenti Tramp isə New York Times qəzetinin xəbərlərini təkzib edərək "Tamamilə saxta xəbərdir" deyib.
Nə qədər vergi ödədiyinə dair sualları cavablandıran Tramp, vergi bəyannaməsinin hazırda nəzarət altında olduğunu və yoxlama başa çatdıqdan sonra vergi qeydlərini elan edəcəyini bildirib.

ABŞ-ın keçmiş prezidentlərindən fərqli olaraq və demokratların çağırışlarına baxmayaraq Tramp vergi bəyannamələrini açıqlamır.

Prezidentliyə namizədlərin vergi bəyannaməsi sənədlərini seçkilərdən əvvəl ictimaiyyətlə paylaşması üçün qanuni bir tələb olmasa da, 1976-cı ildən bəri bütün prezidentliyə namizədlər seçkilərdən əvvəl vergi bəyannamələrini təqdim ediblər.

Müəllif:Aynur Qəniyeva