DÜNYA

25 Sentyabr

Rəqəmsal texnologiyaların inkişafı üçün 130 milyon dollara yaxın məbləğ ayırıla bilər

Yaponiya hakimiyyəti 2021 maliyyə ilində (1 aprel 2021-ci ildən başlayacaq) ölkədə rəqəmsal texnologiyaların inkişafı üçün təqribən 13,9 milyard (130 milyon dollar) ayırmaq niyyətindədir.

Bu barədə "Sankei" qəzeti bildirib.

Bildirilib ki, bu məbləğin bir hissəsi bir sıra yerli hökumət xidmətlərini onlayn rejimə keçirmək üçün istifadə olunacaq.

Bundan əlavə, ölkə hakimiyyəti arxiv və vergi məlumat bazalarının təhlilində istifadə olunan süni intellektin işini yaxşılaşdırmaq üçün işçi qrupu yaratmağı planlaşdırırlar