Tik Tok-la bağlı sazişin əsas şərti ABŞ vətəndaşlarının təhlükəsizliyidir.
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Razılaşma əldə olunarsa, mənə gətiriləcək və mən ya təsdiq edəcəm, ya da etməyəcəm. Təhlükəsizlik əsas faktordur. Şirkətlər razılaşmanın planı ilə bağlı hərəkət edirlər, görək nə baş verir”, - Tramp bildirib.
Qeyd edək ki, Tramp bir müddət öncə Oraklın Tik Toku satın almasını təsdiqləmiş və Uolmartın razılaşmada iştirak etməsinə icazə vermişdi.