“Epic geyms”, “Spotify”, “Match Group”, “Blockchain.com”un da daxil olduğu onlarla texnologiya şirkəti “Proqramlar uğrunda ədalət koalisiyası” yaradıb.
Fins.az xəbər verir ki, koalisiyanın əsas məqsədi Əpl və onun qaydaları ilə mübarizə aparmaqdır.
Koalisiya üzvləri şirkətə qarşı 5 iddia irəli sürüblər. Onların fikrincə, "App Store" (Əp Stor) vasitəsilə həyata keçirilən hər hansı bir ödəniş üçün 30% vergi tutulur ki, bu da digər ödəmə sistemlərinin komissiyalarından qat-qat yüksəkdir.
Bundan başqa tətbiqlərin iOS-da yayılması üçün alternativ yollar yoxdur. Ən əsası isə şirkət öz məhsullarını tanıtmaq üçün üstünlük mövqeyindən istifadə edir.