DÜNYA

24 Sentyabr

TikTok-un sahibi ABŞ-ın qadağası ilə bağlı məhkəməyə müraciət edib

Məşhur qısa video paylaşma xidmətinin sahibi olan ByteDance Ltd., TikTok Inc., ABŞ-da yükləmə qadağasının qüvvəyə minməsini əngəlləmək ümidi ilə ABŞ federal məhkəməsinə iddia qaldırıb

Eyni zamanda, Çin şirkəti hələ də Oracle Corp. ilə razılaşmağı gözləyir. Cümə axşamı günü TikTok texnologiyasının ixracına icazə üçün Çinə müraciət etdiklərini bildirib.

Bir gün əvvəl ByteDance-in ABŞ məhkəməsinə verdiyi iddia, başqa bir Çin xidməti WeChat-ın bir qrup istifadəçisi tərəfindən keçən ay məhkəmədə ABŞ Prezidenti Donald Trampın qərarına etiraz edən eyni dəlillərə istinad edir. Kaliforniya federal məhkəməsi, Trump-ın WeChat-ın Ştatlarda istifadəsini qadağan edən əmrinin icrasını müvəqqəti olaraq xidmət istifadəçilərinin xeyrinə tanımayıb.

Trump administrasiyası, əvvəllər Çin xidmətlərinin Amerikalıların şəxsi məlumatlarına giriş əldə edərək ABŞ milli təhlükəsizliyi üçün bir təhlükə yaratdığını düşünərək Tencent Holdings Ltd.-yə məxsus olan həm TikTok'u, həm də ABŞ-da WeChat-ı bloklamağa qərar verib. TikTok məsələsində ABŞ əməliyyatlarını yerli şirkətlərə satmaq mümkün variant olaraq qalır.

ByteDance tərəfindən qaldırılan iddia, Trump administrasiyasının qərarının söz və prosedur ədaləti sahəsindəki konstitusiya hüquqlarını pozduğunu iddia edir. Məhkəmədə bu məsələ ilə bağlı dinləmələrin başlanması cümə axşamı günü planlaşdırılır.

ByteDance, 27 sentyabrda ABŞ-da TikTok tətbiqinin yüklənməsinə qoyulan qadağanın qüvvəyə minməsindən əvvəl məhkəmədən qərar verməsini xahiş edir. Başlanğıcda Ticarət Nazirliyi, TikTok mobil tətbiqetməsinin "hər hansı bir paylama və təmir xidmətləri" nin qadağan edilməsini, habelə ABŞ-dakı onlayn tətbiqetmə mağazaları vasitəsilə yenilənməsini 20 avqust tarixindən etibarən qadağan etməyi planlamışdı, lakin Trump keçən həftə sonu ByteDance müqaviləsini əvvəlcədən təsdiqlədiyi üçün qadağanın qüvvəyə minmə tarixini bir həftə təxirə saldı. 

Müəllif:Aynur Qəniyeva