ABŞ İranın bütün iqtisadi kanallarını bağlamağa çalışır.
Bunu İran Prezidenti Həsən Ruhani deyib.
“İrana qarşı iqtisadi embarqolar 1980-ci ildən var. Ancaq Vaşinqton və Tehran arasında iqtisadi müharibə 2018-ci ildən başladı. Problem sanksiya deyil, iqtisadi müharibədir. ABŞ, dollar, bank fəaliyyəti və şəbəkələri ilə həm maliyyə, həm də çoxmillətli şirkətlərin imkanlarından istifadə edərək İranla iqtisadi müharibəyə girir”.