Zoom" videokonfranslar xidmətinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.
Fins.az xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "Zoom"un işində texniki qüsurlar əsasən ABŞ-da, Böyük Britaniyada və Norveçdə qeydə alınıb.
İstifadəçilərin təxminən 51 faizi serverə qoşulmaqda, 33 faizi videokonfransa qoşulmaqda, 15 faizi isə hesaba daxil olarkən problemlərlə üzləşiblər.