DÜNYA

23 Sentyabr

Putindən COVID-19-la bağlı təklif


Putin COVID-19 infeksiyasına qarşı vaksinin hazırlanmasında əməkdaşlıq üzrə beynəlxalq onlayn konfransın keçirilməsini təklif edib
Rusiya koronavirus infeksiyasına qarşı vaksinin hazırlanması sahəsində əməkdaşlıq üzrə yüksək səviyyəli beynəlxalq onlayn konfransın keçirilməsini təklif edir. Bunu Rusiya prezidenti Vladimir Putin bu gün BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

"Koronavirusa qarşı vaksinlərin hazırlanması üzrə kooperasiyada maraqlı olan dövlətlərin iştirakı ilə yüksək səviyyəli onlayn konfransın keçirilməsi təşəbbüsü ilə çıxış edirik", - deyə Putin bildirib.