ABŞ prezidenti Donald Tramp bu gün BMT-ni "COVID-19" infeksiyasının dünyada yayılmasına görə Çinin məsuliyyət daşımasına nail olmağa çağırıb.
"Çin rəhbərliyi və onun nəzarət etdiyi Ümumdünya Səhiyyə Təşkilatı infeksiyanın insandan insana ötürülməsinin qeydə alınmaması ilə bağlı yalan fikir səsləndirib", - deyə o bildirib.
Tramp qeyd edib ki, virusun yayıldığı ilk günlərdə Çin ölkə üzrə daxili səfərləri dayandırsa da, xarici ölkələrə reyslər yerinə yetirməyə və bütün dünyanı yoluxdurmağa imkan verib.
"Birləşmiş Millətlər Təşkilatı buna görə Çini məsuliyyətə cəlb etməlidir", - deyə ABŞ prezidenti vurğulayıb.