DÜNYA

21 Sentyabr

Merkeldən Türkiyəyə dəstək

Cənubi Kipr rəhbərliyi Avropa Birliyinə (AB) Türkiyəyə sanksiya tətbiq etmək üçün təzyiq göstərir.

Bu barədə Cənubi Kiprin “Fileleftheros” qəzeti məlumat yayıb.

Bildirilib ki, Almaniya kansleri Angela Merkel Türkiyəyə sanksiya tətbiq edilməsinin əleyhinədir.

AB-dən Kipr rəhbərliyinə sanksiyaların ertələnə biləcəyi və əsas məqsədlərinin Yunanıstan-Türkiyə dialoqunun başlaması olduğu bildirilib.