DÜNYA

21 Sentyabr

İngiltərədə təcrid qaydalarını pozanlar üçün 10.000 funt sterlinqə qədər cərimələr

İngiltərə hökuməti, İngiltərədə koronavirus xəstəsi olanların və təcrid qaydalarını pozduqları təqdirdə 10.000 funt sterlinq (təqribən 97.616 TL) pul cəzası alacağını bildirib.
İlk pozuntuya görə 1000 funt-sterlinq cərimə nəzərdə tutulduğu halda, pozuntular təkrarlanarsa, cəza məbləği 10.000 funt sterlinqə qədər artacaq.

28 sentyabrda qüvvəyə minəcək yeni qaydalara görə, özlərini təcrid etmələri lazım olan az gəlirli qrupdan birdəfəlik dövlət dəstəyindən 500 funt sterlinqdən faydalana biləcək.

İngiltərə hökuməti, yeni qaydaların İngiltərə xaricindəki Şotlandiya, Uels və Şimali İrlandiya administrasiyaları tərəfindən qəbul ediləcəyinə ümid edir.

BBC-yə danışan Səhiyyə Naziri Matt Hancock, hər kəs qaydalara riayət edərsə, ölkə daxilində komendant saatına ehtiyac qalmayacağını bildirib.

Baş nazir Boris Johnsonun çərşənbə axşamı bir sıra yeni koronavirus tədbirləri elan edəcəyi və ev təsərrüfatlarının bir-birlərinə məhdud bir müddət görüşmələrini qadağan edəcəyi gözlənilir.

İngiltərənin koronavirus epidemiyasının ikinci dalğasını yaşadığını dilə gətirən Boris Johnson, pubların açıq qalma müddətini qısaltması gözlənilir.

Müəllif:Aynur Qəniyeva