Pepsi Cola prezidenti 1963-1971 və PepsiCo CEO'su 1971-1986 Donald Kendall 99 yaşında dünyasını dəyişib. Bu barədə bazar günü CNN məlumat yayımlayıb
Televiziya şirkəti, iş adamının şənbə günü ailəsinin də olduğu evində təbii bir ölümlə öldüyünə aydınlıq gətirilib
Kendall, SSRİ və Çində biznesini inkişaf etdirən ilk Amerika sahibkarlarından biri idi, onun sayəsində Sovet bazarında Pepsi meydana çıxıb. 1959-cu ildə Moskvada keçirilən ABŞ-ın Sənaye Məhsulları sərgisində Donald Kendall, Sov.İKP Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşşevlə görüşüb və Sovet liderinin o vaxtkı ABŞ vitse-prezidenti Richard Nixon-un yanında Pepsi-ni sınamasına icazə verib.
1970-ci illərin əvvəllərində PepsiCo rəhbəri Moskvada SSRİ-də içkinin istehsalı və satışı barədə danışıqlar aparırdı. Nəticədə Sovet İttifaqında Amerika şirkətinin məhsullarını istehsal edən fabriklər açılıb.
PepsiСo, dünyanın ən böyük alkoqolsuz içkilər istehsalçılarından biridir; eyni zamanda süd məhsulları, cips, qəlyanaltı və digər qida məhsulları istehsal edir.
Müəllif:Aynur Qəniyeva