DÜNYA

21 Sentyabr

Pompeo: ABŞ BMT-nin İrana qarşı sanksiyalarını bərpa edib və bunu etməyənləri cəzalandırmağa hazırdır

ABŞ hökuməti BMT-nin İrana qarşı nəzərdə tutduğu sanksiyaları bərpa edib və bunu etməyən ölkələrə qarşı tədbirlər görməyə hazırdır. Bu barədə Dövlət Departamentinin rəhbəri Mayk Pompoeo bəyan edib.

“ABŞ BMT-nin bütün üzvlərinin öz öhdəliklərinin tam həcmdə yerinə yetirəcəyini və həmin tədbirləri implementasiya edəcəyini gözləyir”, - onun bəyanatında deyilir.

Pompeonun sözlərinə görə, silah tədarükünə embarqoqoyulmasından başqa bu sanksiyalara İranda nüvə materiallarının zənginləşdirilməsi və emalının qadağası kimi tədbirlər daxildir.