DÜNYA

20 Sentyabr

Yaponiya, ABŞ, Avstraliya və Hindistanın Xarici İşlər nazirləri Tokioda görüşəcəklər

ABŞ-ın Dövlət katibi Mayk Pompeo gələn ayın əvvəllərində Yaponiya, Avstraliya və Hindistandan olan həmkarları ilə müzakirələr aparmaq üçün Tokioya gələcək.

Fins.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Xatırladaq ki, həmin dörd ölkənin Xarici İşlər nazirlərinin son görüşü ötən ilin sentyabrında Nyu-Yorkda keçirilib.

Oktyabrda baş tutacaq görüşdə tərəflərin Çinin dənizdə artan fəallığı və buna cavab olaraq bu ölkələrin Hind-Sakit okean regionunun qanunun aliliyi çərçivəsində azad və açıq saxlanılması istiqamətində birgə fəaliyyəti mövzusunda müzakirələr aparacağı gözlənilir.

Bununla yanaşı, M.Pompeonun Yaponiyanın yeni Baş Naziri Yoşihide Suqa ilə görüşünə hazırlıq işlərinin aparıldığı da bildirilir. Bu, Y.Suqanın hökumətə rəhbərliyə başladıqdan sonra yüksək səviyyəli əcnəbi məmurla ilk görüşü olacaq. (azertac)