DÜNYA

18 Sentyabr

Emin Ağalarov:Gəlir yoxdur və borc götürmək lazım olur

Xalq artisti Emin Ağalarov kredit götürdüyünü açıqlayıb. 
Bu barədə “Şok kontent” proqramında danışıb.

Emin pandemiya dövründə yaşadığı çətinliklərdən söz açıb. O, aparıcı Konstantin Tarasyukun “Yaxşı bilirik ki, hazırda qeyri-stabil bir dövrdəyik. Və heç kim pullarını necə, hansı valyutada saxlayacağını, hara xərcləyəcəyini, nəyə sərmayə edəcəyini bilmir”- sözlərinə belə şərh verib:

“Əlbəttə ki, pul varsa... Mən məsələn, bura gəlməzdən əvvəl öz layihələrim üçün növbəti krediti rəsmiləşdirdim. Çünki gəlir yoxdur və borc götürmək lazım olur”.

 

(c)Qafqazinfo