DÜNYA

18 Sentyabr

Von Der Leyen: İngiltərə ilə razılaşma mümkündür

İngiltərə hökuməti bu həftə Avropa Birliyi (AB) ilə qeyri-rəsmi danışıqların “uğurlu” olduğunu açıqlayıb.

Fins.az xəbər verir ki, AB Komissiyasının sədri Ursula Von Der Leyen isə “Financial Times” a razılığın mümkün olduğuna “inandığını” bildirib.

Hökumətin Cümə axşamı günü verdiyi açıqlamada, geniş müzakirə mövzusunun baş verdiyi və bəzi irəliləyişlərin olduğu ifadə edilib.

Hər iki tərəfin verdiyi müsbət siqnalların əksinə olaraq, İngiltərə Baş naziri Boris Johnson hökuməti, Brexit razılaşmasını birtərəfli qaydada dəyişdirə biləcək qanun layihəsini Parlamentə təqdim edib və ardından Avropa Birliyində intiqam almaqla hədələyib.

 

Müəllif:Aynur Qəniyeva