Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramının (WFP) Direktoru David Beasley, cümə axşamı etdiyi bir açıqlamada dünyadakı milyarderləri aclıqla üzləşən 30 milyon insanın həyatını xilas etməyə kömək etməyə çağırıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramının (WFP) direktoru David Beasley, BMT Təhlükəsizlik Şurasında etdiyi bir çıxışında, dünyada 270 milyon insanın aclıq dövründə yaşadığını və WFP'nin bu il 138 milyon insana çatmağı planladığını bildirib.
Beasley, "Bir il ərzində ÜFP-nin köməyi olmadan öləcək 30 milyon insanın qidalanması üçün 4.9 milyard dollara ehtiyacımız var" deyə qeyd edib.Eyni zamanda Beasley, dünyadakı 2 min milyarderin ümumi sərvətinin 8 trilyon dollar olduğunu və milyarderlərin pandemiya dövründə sərvətlərini artırdıqlarını vurğulayıb.
Siyasi Araşdırmalar İnstitutunun (IPS) yayımladığı bir hesabata görə, pandemiya zamanı ABŞ milyarderlərinin ümumi sərvəti 19% və ya yarım trilyon dollar artırıb.
ABŞ-da karantin tədbirlərinin başlanmasından 1 həftə sonra Amazon qurucusu Jeff Bezos varidatını 36,2 milyard dollar, Facebook CEO'su Mark Zuckerberg 30,1 milyard dollar və Tesla CEO'su Elon Musk 14,1 milyard dollar artırıb.
"Bu qeyri-adi dövrlərdə köməyə ehtiyacı olanlar üçün bu an ən çox addım atmalı olanların zamanı gəldi" dedi Beasley. "Dünyanın sənə ehtiyacı var və indi doğru işi görməyin zamanı gəldi" deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva