DÜNYA

18 Sentyabr

Almaniya rekord səviyyədə borclandı

Avropada ən böyük iqtisadiyyata malik olan Almaniya rekord həddə borclanacaq.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə naziri Olaf Şolts deyib. 

Qeyd olunur ki, 2021-ci ildə Berlin koronavirus pandemiyası ilə mübarizəyə 100 milyard avro sərf edəcək.

Alman iqtisadiyyatı 1970-ci illərdən ən pis tənəzzülü yaşayır. Hökumət əsasən məşğulluğu qorumaq üçün genişmiqyaslı dəstək proqramlarına başlamağa məcbur olub.