DÜNYA

18 Sentyabr

Twitter ABŞ seçkiləri ərəfəsində yüksək profilli hesabların təhlükəsizliyini artıracaq

Twitter, ABŞ seçkiləri ərəfəsində yüksək profilli hesabların təhlükəsizliyini artıracaq
Fins.az xəbər verir ki,Twitter tərəfindən verilən  açıqlamada, hakerlərin siyasətçilərin və jurnalistlərin hesablarını ələ keçirmə riskinə qarşı daha inkişaf etmiş müdafiə sistemlərindən istifadə ediləcəyi ifadə edilib.
Twitter, ABŞ-da 3 Noyabrda keçiriləcək prezident seçkiləri öncəsi ələ keçirilmə riskinə qarşı ən yaxşı siyasətçilərin və jurnalistlərin hesablarının təhlükəsizliyini artıracağını açıqlayıb.

Bəyanatda, seçkilərdən əvvəl "bu cür təhlükəsizlik tədbirlərinin görülməsinin kritik bir önləyici addım olduğu" bildirilib.

Yüksək profilli hesabların güclü parollar tələb edəcəyi və Twitter-in parolları sıfırlamaq üçün e-poçt və ya telefon nömrəsi ilə təsdiq tələb edən bir tənzimləmə tətbiq edəcəyi və bu hesabların iki mərhələli doğrulamadan istifadə etmələrinin tövsiyə ediləcəyi bildirilib.

Demokratların namizədi Joe Biden, ABŞ-ın keçmiş prezidenti Barak Obama, əvvəllər ABŞ prezidentliyi uğrunda mübarizə aparan iş adamları Bill Gates və Elon Musk kimi milyonlarla izləyicisi olan bəzi hesablar Twitter-də ələ keçirildi və onlardan Bitcoin paylaşaraq pul göndərmələri istənildi.

Müəllif:Aynur Qəniyeva