DÜNYA

16 Sentyabr

Avropa İttifaqının rəhbəri: Brexit üzrə danışıqlarda Londonun uğur qazanmaq ehtimalı getdikcə azalır

Avropa Komissiyası Başçısı Ursula von der Leyen çərşənbə günü bildirib ki, AB və Londonun Brexitdən sonrakı münasibətlərə dair müqavilə bağlamaq üçün daha az vaxtları var və danışıqlarda müvəffəqiyyət şansı daha azdır.

Avropa Parlamenti qarşısında çıxışında "Hər gün şanslar azalır" deyə o vurğulayıb.

Avropa Komissiyası rəhbərinin sözlərinə görə, İngiltərə tərəfi ilə danışıqlar "istədiyimiz kimi getmir. Və bizə çox az vaxt qalıb". O, İngiltərənin əvvəllər razılaşdırılmış Brexit şərtlərinə tam əməl etməsini gözlədiyini də qeyd edib.

Tərəflərin 2020-ci ilin sonuna qədər Brexitdən sonra tərəflər arasındakı münasibətləri tənzimləyəcək bir razılaşma hazırlamaları planlaşdırılır. Ancaq danışıqların son raundlarının hamısı əhəmiyyətli bir uğur gətirməyib.

Müəllif:Aynur Qəniyeva