ABŞ Kanadadan gətirilən alüminiuma tətbiq etdiyi tarifi ləğv edəcək
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyi tərəfindən verilən açıqlamada, Kanada hökuməti ilə danışıqlardan sonra ABŞ-ın 2020-ci ilin son 4 ayından etibarən emal olunmamış,və emal olunmuş alüminium ticarətini normallaşdırmağa qərar verdildiyi ifadə edilib.
ABŞ rəhbərliyi, Kanadadan gətirilən alüminiumun gömrük rüsumunu, göstərilən idxal limitlərini aşmamaq şərtilə qaldıracağını açıqlayıb.
Açıqlamada, ABŞ-ın Kanadadan avqust ayında idxal edilən alüminiuma 10% rüsum tətbiq etmə qərarı şərtlərinin dəyişdiriləcəyi bildirilir.
Kanadadan idxal olunan alüminiumun 2020-ci ilin geri qalan hissəsində təyin olunan miqdarı keçməyəcəyinə işarə edən açıqlamada, ölkədən gətirilən alüminium üçün sentyabr və noyabr ayları üçün təyin olunan miqdarın 83 min ton və oktyabr və dekabr ayları üçün 70 min ton olduğu qeyd edilib.
Açıqlamada, ABŞ-ın hər ayın sonundan sonrakı 6 həftə ərzində yükün gözləntilərə cavab verib-vermədiyini qiymətləndirəcəyi ifadə edilib.
Ofisin açıqlamasında, qeyd olunan aylarda həyata keçirilən idxalın göstərilən həddən 105%-i keçəcəyi təqdirdə, həmin ay bütün göndərilmələrə 10 % gömrük tarifi tətbiq ediləcəyi ifadə edilib.
ABŞ Prezidenti Donald Tramp 6 avqustda Kanadadan idxal olunan alüminiuma 10 % rüsum tətbiq edilməsi haqqında fərman imzalayıb.
Trump hökumətinin bu addımına cavab olaraq, Kanada Baş nazirinin müavini Chrystia Freeland, Amerikanım alüminium məhsullarına 2,7 milyard dollar dəyərində yeni bir tarif tətbiq ediləcəyini açıqlayıb.
Müəllif:Aynur Qəniyeva